“Projoblist.com” işəgötürən ilə potensial işçi arasında asan və rahat əlaqəni təmin edən innovativ onlayn platformadır. Layihənin məqsədi işəgötürənlərlə iş axtaranlar arasında körpü yaradaraq əmək bazarının dinamikliyinə töhfə verməkdir.
Sayt rahat, gözoxşayan istifadəçi interfeysi, bir neçə funksiyası ilə fərqlənir və mobil telefon versiyası da mövcuddur. Saytda daxili yazışma, statistika və bildiriş funksiyaları mövcuddur. İşəgötürənlər namizədlərin profillərini nəzərdən keçirə, seçilmişlər siyahısına daxil edə, mesaj göndərə və rezümelərini yükləyə bilərlər.
Artıq iş axtaranın istədiyi işi tapması üçün hər gün sayta daxil olub iş elanlarını bir-bir gözdən keçirməsinə ehtiyac qalmır. Belə ki, işəgötürən iş elanı dərc edərkən həmin elanın kateqoriyasında qeydiyyatdan keçmiş iş axtaranın profilinə bildiriş gəlir. Bu funksiya sayəsində iş axtaran əlavə vaxt itkisi ilə üzləşmədən yalnız ona maraqlı olan işləri gözdən keçirə və müraciət edə bilər. İşəgötürənin saytda yerləşdirdiyi vakansiyaya hər hansı bir namizəd müraciət etdikdə həmin işəgötürənin profilinə bu haqda bildiriş daxil olur.