İşəgötürənlərin marağına səbəb olmaq və nəticədə istədiyiniz işi əldə etmək üçün rezümeniz tam, ətraflı və doğru məlumatlardan ibarət olmalıdır. Rezümenizin redaktəsindən qabaq isə profilinizdə bütün xanaları doldurmağınız daha məsləhətlidir. Yadda saxlamaq lazımdır ki, sizin profilinizə baxıldıqda işəgötürənlərin sizin haqqınızda ilk təəssüratı çox vacibdir. 

Rezüme redaktəsində sizin üçün bioqrafiya, CV faylı, bacarıqlar, təhsil və iş təcrübəsi haqqında məlumatları əlavə etmək imkanı yaradılmışdır.