Gənclər təhsil sahəsində keçirdiyi layihələrlə geniş auditoriyanı əhatə edən Azərbaycan Diplomatiya Mərkəzinin xaricdə təhsil, layihələrin idarə olunması, biznes inkişaf platforması departamentlərində adı çəkilən sahələr üzrə peşəkar karyera qurmaq üçün ilk addımlarını atacaqlar.
Belə ki, bu proqram əsasında siz aylıq xidmət haqqı almaqla yanaşı həftədə bir dəfə yerli və xarici professor heyətinin treninqlərinə qoşularaq idarəetmənin əsas prinsiplərini, o cümlədən incəlikləri ilə yaxından tanış olacaqsınız. Təcrübə proqramı 3 ay davam edəcək.
Həftənin 5 günü iş prosesi (xidmət haqqı ilə);
Həftə sonları treninqlər;
Ən sonda dünyanın 80-dən çox ölkəsində tanınan beynəlxalq sertifikat ilə təmin olunma şansı əldə edəcəksiniz.
Təcrübə proqramı sizə nə qazandıracaq:
Sonda referans məktubu (yalnız nümunəvi əməkdaşlara) ;
Beynəlxalq sertifikat əldə etmək imkanı;
Həmçinin, təcrübəçilərə ISO beynəlxalq idarəetmə ilə bağlı keyfiyyətə nəzarət proqramı təlimi keçiriləcək.
Təcrübə qroqramına qəbul edilən təcrübəçilər “ISO 9001:2015 Keyfiyyəti İdarə Edilməsi” Beynəlxalq Sertifikat proqramında iştirak haqqı olaraq ümumilikdə 160 AZN ödəniş edəcəklər.
Təcrübəçilərə 3 aylıq müddət üçün ayrılan xidmət haqqı ümumilikdə 450-600 AZN təşkil edir.
Xüsusi referans alan şəxslər rəsmi işlə təmin olunma şansı əldə edəcəklər.
Son müraciət tarixi: 15 Avqust
Qeydiyyat üçün: Mövzu hissəsində “Təcrübə proqramı” yazaraq hrdiplomacyschool@gmail.com e-mail ünvanına göndərməyiniz tələb olunur.
Əlaqə nömrəsi : +994 50 800 11 13
Ünvan : Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi 48