Vəzifə öhdəlikləri:
- Yeni müştərilərin axtarışı, potensial müştərilərin müəyyənləşdirilməsi və onlarla əlaqələrin yaradılması
- Şirkətin müştəri bazasının artırılması
- Müştərilərlə görüşlərin keçirilməsi, təqdimat və təkliflərin hazırlanması
- Danışıqların aparılması və yeni əməkdaşlıq müqavilələrinin bağlanmasının həyata keçirilməsi
- Rəhbərin təlimatına əsasən digər tapşırıqların yerinə yetirilməsi.
İş şəraiti:
- İş qrafiki: 10:00-19:00, həftənin bazar ertəsi – cümə günləri
- İstirahət günü: şənbə, bazar günləri
- İşçi korporativ nömrə ilə təmin edilir
- İşçi ilə şirkət arasında bütün münasibətlər Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun tənzimlənir