Vəzifə öhdəlikləri:
- Toplu bilet satışlarının və reklam yerlərinin satışının həyata keçirilməsi;
- Yeni müştərilərin axtarışı, potensial müştərilərin müəyyənləşdirilməsi və onlarla əlaqələrin yaradılması;
- Şirkətin müştəri bazasının artırılması;
- Müştərilərlə görüşlərin keçirilməsi, təkliflərin hazırlanması və təqdimatların keçirilməsi;
- Danışıqların aparılması; şərtlərin müzakirə olunması;
- Yeni əməkdaşlıq müqavilələrinin şərtlərinin razılaşdırılması və müqavilə layihələrinin hazırlanması;
- Struktur rəhbərinin təlimatına əsasən digər satış tapşırıqlarının yerinə yetirilməsi.
İş şəraiti və şərtləri:
- İş qrafiki: 10:00-19:00, həftənin bazar ertəsi – cümə günləri
- İstirahət günü: şənbə, bazar günləri
- İşçi korporativ nömrə ilə təmin edilir
- Nahar şirkət tərəfindən təmin edilir
- İşçi ilə şirkət arasında bütün münasibətlər Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun tənzimlənir