CinemaPlus
Bakı, Azərbaycan karyera@cpoffice.az 994554001771
Qısa məlumat

Paylaşıldı : 29 Oktyabr 2019

Vakansiya sayı : 4

İşin növü : Tam iş vaxtı

Əmək haqqı : 315 AZN / Ay

Cinsiyyət : -

Karyera səviyyəsi : İcraçı

Kateqoriya : Kinoteatr

Bitmə tarixi : 1 İyun 2020

Sosial media hesabları
İş barədə məlumat
  1. Tamaşaçıları kinozala yalnız biletlərini göstərdikdən sonra buraxmaq.
  2. Biletləri ciddi yoxlamalıdır. Biletdə zal, seans, tarix haqqında qeyd, biletin qiyməti, kinofilmin adı göstərilməlidir;
  3. Tamaşaçıları kinozala buraxanda onları nəzkətlə salamlayır, onlardan mobil telefonlarını söndürməyi, bileti seansın sonuna kimi saxlamağı, biletdə göstərilən yerlərdə əyləşməyi xahiş edir və onlara xoş saatlar arzulayır;
  4. Gecikmiş tamaşaçılara cib fənərinin köməyilə yerlərini tapmaqda kömək etmək;
  5. Tamaşaçılara nəzakətlə, ədəblə xidmət göstərmək.
  6. Verilən biletlərə uyğun olaraq tamaşaçılara 3D eynək və xüsusi nəm salfet təqdim etmək (bir bilet üçün 1 eynək və 1 nəm salfet);
  7. Seans başa çatdıqdan sonra nəzarət çərçivəsi qarşısında hər bir tamaşaçıdan 3D eynəklərini qəbul etmək;
  8. Tamaşaçıların xahişi ilə cari və planlaşdırılan repertuar haqqında, seansların cədvəli, reklam çarxlarının və kinofilmlərin göstərilmə müddətləri, onun janrı və iştirak edən aktyorlar haqqında məlumat vermək. Kinofilmə baxış üçün yaş məhdudiyyəti qoyularsa, bu barədə tamaşaçılara məlumat vermək;
  9. Seans başlayanda kinozalın qapılarını bağlamaq;
  10. Kinofilmin nümayişi zamanı bir neçə dəfə (7 dəfədən az olmayaraq) zala daxil olub kinonun verilməsinə və tamaşaçılar tərəfindən ictimai asayişin qorunmasına, temperatur rejiminə nəzarət etmək.
İş tələbləri
  • Orta təhsilli olmalı
  • Azərbaycan və rus dillərini sərbəst bilməli
  • 18-25 arası yaşda olmalı
  • 6 günlük iş qrafiki
  • Gecə saatlarına kimi işləmək imkanları olsun
  • Nahar və gecə saatlarında evə catdırılma şirkət hesabına
  • “Gənclik MALL”, “28 MALL”, “Azərbaycan”, “Dəniz Mall” kinoteatrları