Qoşulma tarixi: 10 Yanvar 2020
Qısa məlumat

Ünvan : Bakı, Azərbaycan

Kateqoriya : Mexanik

Saatlıq ödəniş : 5 AZN / Saat

Təcrübə : 6 il

Cinsiyyət : Kişi

Yaş : 33

Universitet dərəcəsi : Bakalavr

Sosial media hesabları
Namizəd haqqında
-Bakı Metropolitenin təmir tikinti dəstəsində 1 il Quru laylar üçün nəzərdə tutulmuş (TQMK) tunel qazma qurğusunda işləyərək həvəsim və iş əzmim qiymətləndirilib. (Qazılmış torpağın firlanan silindrlər üzərində sıxılmış rezin lent vasitəsilə çölə bunkerlərə daşınmasını təmin edən qurğu) KONVEYER operatoru keçirilmişəm və tunel qazıntısını başa çatdırdıqdan sonra montaj və demontaj işlərində iştrak etmişəm.-Dəstə daxilində keçirilmiş müsabiqədə yaxşı nəticə gostərərək ixtisas artirmaq üçün Metropoliten tərəfindən dövlət hesabına Avropaya göndərildim. Almaniyanın Frankfurt şəhərinin Schwanau qəsəbəsində yerləşən “HERRENKNECHT” Zavodunda istehsal edilən (TQMK) (Dəniz,göl,çaylar olan ərazilərdə tunel qazma işləri aparmaq üçün nəzərdə tutulmuş) Sulu laylar ücün xüsusi hazırlanmış Tunel Qazma Qurğularıyla, NƏZARƏT ÖLÇÜ CİHAZLARI ilə ve onlarin iş prinsipləri ilə tanış oldum.Həmçinin bu zavodda SEPARASİYA sistemləri ile Nəzəri taniş olub şifahi imtahan verib Fransanın Strasburq,Polşanın Gdansk şəhərlərində Tunel qazıntısı gedən ərazilərdə SEPARASİYA işləri aparılan zavodun BAŞ OPERATORU kimi praktika keçmişəm. -Eyni zamanda bu zavodda XÜSUSİ ÖLÇÜ CİHAZLARI ile LABARATOR analizlərin aparılması ve hazırlanmış (Bentonit və yaxud Sement) məhlulun keyfiyyətinin yoxlanılmasını,yararlı hala gətirib yenidən işlədilməsinin və işin təşkilinin praktikasını keçib əsaslı şəkildə öyrənmişəm.-Bunlardan başqa Metropolitendə elektriklə və yanacaqla çalışan qoşqulu-qoşqusuz hava KOMPRESSORLARININ gostəricilərinə nəzarət etmək ve bu kompressorlar vasitəsiylə işləyən pnevmatik hava çəkiclərinin (Отбо́йный молото́к) təmiri detallarının dəyişdirilməsi saz vəziyyətdə saxlanmasını tam mənimsəmişəm.-Dəmir əymə bükmə deşmə eyni zamanda kəsmə dəzgahları ilə hal hazırda quraşdırıcı çilingərin vəzifəsini yerinə yetirirəm metal konstruksiya montajı və demontajı işindəyəm. Pnevmatik bolt bağlayıcıları ilə işləyirəm. İşimlə bağlı standartları bilirəm.Tikinti ərazisində təhlükəsizlik qaydaları ilə tanışam. Tikinti ərazisində işlənən avadanliqlar və alətlərlə tam təhlükəsiz işləyə bilirəm. Təhlükəsizlik vasitələrindən istifadə etməyi bacarıram.-Dəstədə və çətin iş şəraitində işləmək bacarığım var. Stressədavamlıyam.-Texnika və avadanlıqlarla işləməyə həvəsim var. İşimdə məsuliyyətliyəm və işimi ən xırda detallara qədər öyrənirəm. İşimdə bilmədiyim cüzi xırdalıqlar belə varsa bu məni narahat edir. Boş vaxtlarımda internetə ve yaxud kitablara müraciət edib işimlə bağlı mütaliə edirəm.
88%
Job Success
100%
Recommendation
75%
On Time
86%
On Budget